Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:16

Hər il Avropa Birliyində bir neçə milyard avro təyinat üzrə xərclənmir


Foto arxiv

Foto arxiv

Avropa Birliyi ölkələrinin icraçı orqanları ilə Avropa Komissiyasının üzvləri hər il bir neçə milyard avronu təyinat üzrə xərcləmirlər.

Bu barədə Avropa Birliyi auditorlarının yaydığı hesabatda bildirilir.

Hesabatda qeyd olunur ki, təkcə ötən il 27 Avropa Birliyi ölkəsi arasında baş verən səhv ödəmə əməliyyatları nəticəsində nəzərdə tutulduğundan bir nçə milyard avro artıq vəsait xərclənib.

Hesabat müəllifləri vəsaitlərin məqsədsiz xərclənməsi və ya vacib layihələrin lazımınca maliyyələşdirilməməsi ilə bağlı çoxsaylı hallar aşkar edildiyini deyirlər.

Auditorlar İdarəsinin rəhbərliyi bildirir ki, birliyə daxil olan inkişaf etmiş və varlı ölkələr ümumi ehtiyaclara xərclərin artırılmasına böyük səbrlə yanaşırlar.

Avropa Birliyinə daxil olan hər bir dövlət ənənəvi olaraq daxili məhsulunun 1 faizini ümumi büdcəyə ayırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG