Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:27

İsrail Yerusəlimin şərqində 1200-dən çox yeni ev tikmək istəyir


İsrail Yerusəlimin şərqində 1200-dən, Qərb Sahillərində isə 70-dən çox yeni ev tikmək istəyir.

İsrail Torpaq Administrasiyası noyabrın 5-də tikinti ilə bağlı sifariş elanını dərc edib.

Fələstinlilər Qərb sahilləri və Qəza Zolağında dövlət yaratmaq istəyir. Fələstinin planına görə, Şərqi Yerusəlim də dövlətin paytaxtı olmalıdır.

İsrailin bu tikinti layihəsi Fələstin-İsrail arasındakı sülh danışıqlarında mübahisəli məsələlərdən biridir.

Fələstin bəyan edib ki, İsrail onların gələcək dövlətinin ərazisində tikinti aparmaq fikrindən əl çəkməyincə danışıqlara getməyəcək.

İsrail isə deyir ki, o, şərtsiz danışıq istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG