Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:43

ABŞ-da prezident seçkisinin qaydaları


 Barack Obama and Mitt Romney
Barack Obama and Mitt Romney

ABŞ-da ümummilli seçkinin nəticələri, yəni sadəcə seçici səslərinin çoxluğu prezident seçkisində əhəmiyyət kəsb eləmir.

Seçki günü ABŞ-da 51 ayrı-ayrı səsvermə keçirilir-50 ştatda və Paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsində.

Əhalisinin sayına uyğun olaraq hər ştata seçici kollegiyasında seçici səsi ayrılır.

Məsələn ən çox əhalisi olan Kaliforniyaya 55 səs verilib.

Əhalisi az olan ştatlara isə 3 səs ayrılır.

Ştatların çoxunda bütün seçici səslərini , sadəcə çox səs toplayan namizəd alır.

Ümumilikdə 538 seçici səsi var.

Qələbə üçün isə 270 səs toplamaq lazımdır.

Əksər hallarda seçici səslərini udan namizəd ümumi seçici səslərində də liderlik edir.

Təkcə 4 dəfə, ABŞ tarixində ümumi seçkilərdə rəqibindən az səs toplayan namizəd qalib gəlib.

Məsələn 2000-ci ildə oğul Ceorge Bush ümumi seçkilərdə rəqibi Al Gora uduzsa da seçici səslərinə görə qalib oldu.
XS
SM
MD
LG