Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:17

«Hicaba azadlıq» aksiyasında iştirak edənlərdən biri buraxıldı


-

Ötən ilin mayında «Hicaba azadlıq» aksiyasında həbs edilən Taleh Bağırov noyabrın 6-da azadlığa buraxılıb.

Bu barədə AzadlıqRadiosuna onun vəkili Anar Qasımlı məlumat verib.

«Taleh Bağırov 2011-ci ilin mayın 6-da Təhsil nazirliyi qarşısındakı aksiyada həbs edilən və müxtəlif müddətlərə azadlıqdan məhrum olunan şəxslərdən sonuncusudur».

2011-ci il mayın 6-da Təhsil nazirliyi qarşısında şəhər rəhbərliyi ilə razılaşdırılmamış aksiya keçirilib.

Həmin aksiyada 40-dan çox adam saxlanılıb. Onlardan 15 nəfəri barəsində xuliqanlıq maddələri ilə cinayət işi açılıb. 12 nəfər 1 ildən 1 il 6 aya qədər azadlıqdan məhrum edilib. 3 nəfər isə şərti cəza ilə azadlığa buraxılıb.

Onların bəziləri cəzasının çəkilməmiş hissəsindən, bəziləri də tam cəzasını bitirəndən sonra azadlığa buraxılıb
XS
SM
MD
LG