Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:41

Putin müdafiə nazirini dəyişdi


Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Anatoly Serdyukovu işdən azad edib.

O, Moskva Vilayət Qubernatoru Sergei Shoigunu müdafiə naziri vəzifəsinə gətirib.

Putin qərarını "Müdafiə Nazirliyində aparılan tədqiqatın obyektivliyinə şərait yaradılması" zərurəti kimi izah edib.

Ötən həftə Rusiya Təhqiqat Komitəsi bildirib ki, hərbi əmlakın satışında dələduzluğa yol verilməsi ittihamı ilə araşdırma başlayıb.

Serdyukov 2007-ci ilin fevralından Rusiyanın müdafiə naziri postunu tuturdu.

Shoigu isə 1994 və 2012-ci illər arasında Rusiyanın fövqəladə hallar naziri olub.

Bu ilin mayında isə Moskva vilayətinin qubernatoru təyin edilmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG