Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:13

İslami geyim "seksi" ola bilərmi?


Nzinga Knight, New York
Nzinga Knight, New York
-

Modelyer Nzinga Knight fantaziyaya çox dar meydan verən bir sahədə çalışır.

Amma qısa yubkalar və dekolteli paltarların geyinildiyi şəhərdə onun mühafizəkar dizaynları da diqqəti cəlb edə bilib.

New York-da çalışan modelyer İslami geyimin yalnız qadının gözəlliyini gizlətməyə yönəlməsi haqda təsəvvürlərə qarşı çıxır:

“Mən istəyirəm ki, qadın özünü qadın kimi hiss etsin: gözəl, "seksi" və dəblə geyinən. Mən istəyirəm ki, onlar özlərini rahat hiss etsinlər”.

Onun al-əlvan kolleksiyası bu yaxınlarda New York Moda Həftəsində nümayiş etdirilib.

Qısa geyim kolleksiyaları arasında onun mühafizəkar kollekssiyası da marağa səbəb olub.

"İSLAMİ ƏNƏNƏLƏR VƏ KOSMOPOLİT RUHUN SİNTEZİ"

Knight-ın valideynləri Guyana və Trinidad adalarındandırlar. Onlar cavankən New York-a gələndə İslamı qəbul ediblər.

Modelyer deyir ki, onun stili İslami ənənələrlə New York-un kosmopolit ruhunun sintezidir.

Amma Knight vurğulayır ki, onun öz geyimi də, başqaları üçün yaratdığı geyimlər də təkcə dinindən qaynaqlanmır:

“Mən qadının bədənini örtməsini qiymətləndirirəm. Mən bunu İslamdan əxz etmişəm. Amma geyimin qadın üçün nə demək olması ilə bağlı mənim öz dəyərlərim, baxışım da var. Geyim qadını ucaltmalıdır”.

Modelyerə görə, bəzilərində yanlış təsəvvür var ki, guya İslami dəb yalnız müsəlman
Nzinga Knight
Nzinga Knight
qadınlar üçündür.

Onun sözlərinə görə, müştəriləri arasında bütün dinlərdən olan qadınlar var. O cümlədən tanınmış adamlar. Paltarlar isə elə də ucuz deyil. Koftalar və yubkaların qiyməti 365 dollardan başlayır, donların qiyməti isə 1200-3500 dollar arasındadır.

Knight-ın kolleksiyasından olan geyimlər Dubay və Əbu-Dabinin bahalı dükanlarında da satılır.

Bundan başqa modelyer daim Malayziya, Pakistan və başqa Asiya ölkələrindən sifarişlər aldığını da deyir.

Yaratdığı geyimlərin əksər müsəlman qadınlar üçün bahalı ölduğunu etiraf edən modelyer ümid edir ki, günlərin bir günü ucuz geyimlər də yarada və onları müsəlman ölkələrində rahat sata biləcək.

100 MİLYARD DOLLARLIQ SƏNAYE

İslami dəb deyilən fenomen getdikcə populyarlaşır, müsəlman modelyer Barjis Chohan Britaniyanın "The Guardian" qəzetinə deyib ki, İslami geyimlər bazarı qloballaşıb və bu sənayenin ümumi dövriyyəsi 100 milyard dollara yaxındır.

Bundan başqa Çeçen lideri Ramzan Kadırovun xanımı Medni Kadırova da İslami geyimlər üzrə ixtisaslaşan Moda Evinin sahibidir.

New York-lu modelyer Knight isə deyir ki, onun kolleskiyası qadına hörmət hissi aşılayır. Onun fikrincə, qadın şəhvani hisslər oyadan ət parçası kimi yox, hörmət tələb edən bir şəxsiyyət kimi geyinməlidir.

XS
SM
MD
LG