Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:07

İbrahim Çallının əsəri tapıldı və 500 min lirəyə satıldı!


«Kayalıklarda yıkanan çıplaklar»
«Kayalıklarda yıkanan çıplaklar»
-
Noyabrın 5-də ünlü türk rəssamı İbrahim Çallının bir mifoloji tablosu – «Kayalıklarda yıkanan çıplaklar» 500 min lirəyə (281 min dollar) satılıb.

Tablonun az qala 80 yaşı var.

Rəsm əsəri uzun illər bir sahibsiz evdə baxımsız qalıb.

Türk mediası rəsmin tarixçəsinə böyük yer verib.

Deyilənə görə, 1930-cu illərdə Mustafa Kamal Atatürk rəssam İbrahim Çallıya çalışması üçün Kaşık adasında bir yer verir.

Çallı bu əsəri həkimi və dostu Mehmet Medeni Akman üçün çəkir.

Bu 2.98 X 2.18 ölçüsündə böyük bir rəsm əsəri imiş.

Tablo doktorun Burqazadakı evində uzun illər asılı qalır.

Sonra Mehmet Akman həyatdan köçür və rəsm əsəri rulon halında baxımsız qalır.

Elə o üzdən də rəssamın imzası tablodan itir.

Aradan 80 il ötəndən sonra onun kimə məxsusluğu üzə çıxır və tablo bərpa edilir.

İbrahim Çallının nəvəsi rəssam Yaşar Çallı tablonu görmək üçün Ankaradan İstanbula gəlib və babasının əsərinə heyranlıqla baxıb.

Tablonu Renessans dövrü rəssamlarının əsərləri ilə müqayisə edən nəvə Çallı baba Çallının rəsmini daha cəsur hesab etdiyini deyib.

4 nəfərin almaq istədiyi «Kayalıklarda yıkanan çıplaklar» tablosunun əvvəlcə 400 min lirəyə satışa çıxarılacağı xəbər verilmişdi.

Ancaq satış günü hərraca telefonla qatılan və adının bilinməsini istəməyən bir nəfər onu 500 min TL-yə satın alıb.

Ünlü türk rəssamı İbrahim Çallı (1882-1960) Atatürkün dəyər verdiyi rəssam olub.

O, «Defli Kadın», «Zeybekler», «Arzuhalci», «Mevleviler», «Boğaziçinden Peyzaj» və s. rəsm əsərlərinin müəllifidir.

Türk rəsm sənətinin bəlli bir dövrü onun adı ilə çağırılır.

Bir sərgisində onun Qurtuluş savaşından çəkdiyi «Zeybeklər» əsərinə baxan Atatürk rəsmdəki bəslənmiş atları görüb Çallıya deyib:

«Biz Qurtuluş savaşında yeməyə çörək tapmırdıq, sənin rəsmindəki atlar necə harınlayıb belə?».

Deyilənə görə, bunu eşidən usta rəssam fırçasını götürüb rəsmdəki atları bir dəri-bir sümük halına gətirib…

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG