Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:57

«Azadlıq» qəzetinin bank hesabına həbs qoyuldu


-
Noyabrın 5-də «Azadlıq» qəzetinin bank hesabına həbs qoyulub.

Bu haqda AzadlıqRadiosuna qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev məlumat verib.

O deyib ki, Yasamal rayon İcra Şöbəsi «ZQAN Holdinq» Şirkətlər Qrupunun sədri, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun iddiası ilə çıxarılmış məhkəmə qərarının icrasına başlayıb:

«Məhkəmə bizim 4200 manat təzminat ödəməyimiz haqqında qərar qəbul etmişdi. Lakin həmin məbləğ ödənmədiyi üçün məhkəmə qəzetin bank hesabına həbs qoyulması barədə qərar qəbul edib».

Bu il yanvarın 23-də Yasamal rayon Məhkəməsi «Azadlıq» qəzetinin Anar Məmmədova 4200 manat təzminat ödəməsinə qərar verib. Həmin qərara əsasən, qəzet təkzib verməli, üzr istəməlidir.

Anar Məmmədov 2010-cu ildə «Azadlıq» qəzetini Qəbələ rayonunda ayı kəsdirib yeməsindən bəhs edən yazıya görə məhkəməyə vermişdi.
XS
SM
MD
LG