Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:32

Netanyahu ordunun İrana hücum hazırlığını artırmaq əmrini verəndə generallardan rədd cavabı alıb


İsrail televiziyasının yaydığı yeni sənədli filmə görə, İsrailin baş naziri Netanyahu və müdafiə naziri Ehud Barak 2010-cu ildə İranın nüvə obyektlərinə hücuma hazırlıq əmri verəndə İsrail hərbçilərinin qəti rədd cavabını alıblar.

Sənədlərə görə, o vaxtki ordu başçısı Gabi Askenazi və Mossad rəhbəri Meir Dagan siyasi rəhbərlərin verdiyi bu əmri sual altına alıblar.

Askenazi deyib ki, İsrail ordusunun hazırlıq vəziyyətini artırmaq nəzarətdən çıxan hadisələr törədə bilər.
Hesabata görə Meir Dagan Netanyahunu və Barakı 2010-cu ildə İsrail hökumətinin qərarı olmadan qeyri-qanuni olaraq İranla müharibə başlamaq cəhdində ittiham edib.
XS
SM
MD
LG