Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:22

Gürcüstanda məhbuslar etiraz aksiyası keçirir


Gürcüstanda Ksanidə yerləşən həbsxananın 15 məhbusu ağzını tikib.

Onlar həbsxana rəhbərliyi tərəfindən hüquqlarının pozulduğunu deyirlər.

Bazar günü məhbusların yaxınları zorla cəzaçəkmə müəssisəsinin həyətinə girməyə cəhd göstərib.

Bir həbsxana nəzarətçisi döyülüb. Onu xəstəxanaya aparıblar.

Hüquq müdafiəçisi Georgy Lordkipanidzeyə həbsxanaya daxil olmağa icazə verilib.

O, noyabrın 5-də jurnalistlərə deyib ki, məhbuslar həbsxana rəhbərliyinin dəyişməsini tələb edirlər. Dustaqlar rəhbərliyin onlarla "qəddar" rəftar edildiyini deyirlər.

Ötən həftə Rustavidə oxşar tələblə aksiya keçirilmiş, nəticədə həbsxana rəhbərliyi dəyişmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG