Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:36
-
Mikhail Gorbachev-la Ronald Reagan-ın Reykyavik görüşü filmə çəkilir.

«Deadline» saytının xəbərində belə deyilir.

Kinopoisk.ru saytı həmin xəbərə daha bir bilgi artıraraq filmin Rusiyada, çox güman, «Reagan/Gorbachev» adıyla göstəriləcəyini yazır.

ABŞ-ın 40-cı prezidenti Reagan-ın rolunu Michael Douglas, keçmiş sovet dövlətinin 1-ci və sonuncu prezidentinin rolunu isə Christoph Waltz oynayacaq.

Filmdə bu 2 lider arasında 1986-cı ildə İslandiyanın paytaxtı Reykyavikdə gerçəkləşmiş görüşdən söz açılacaq.

Şərti adı «Reykyavik» olan bu ekran əsərini rejissor Michael Newell çəkəcək.

Newell «4 toy və 1 dəfn», «Mona Lizanın təbəssümü» və başqa məşhur filmlərin müəllifidir.

Yeni filmin tamaşaçılara nə vaxt göstəriləcəyi hələ dəqiqləşməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG