Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:35

Bakıda iki fəhlə tikintidə yıxılaraq ağır xəsarət alıb


-
Bakıda tikintidə bədbəxt hadisə baş verib.

Nəsimi rayon polisindən APA-ya verilən məlumata görə, hadisə noyabrın 4-ü metronun «28 May» stansiyasının yaxınlığından qeydə alınıb.

Tikilməkdə olan hündürmərtəbəli binada işləyən fəhlələr - 37 yaşlı Ələmdar Tayıbov və 44 yaşlı Bəxtiyar Hüseynov yıxılaraq xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG