Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:19

İraqın keçmiş vitse-prezidentinə daha bir ölüm hökmü kəsilib


Tareq al-Hashemi

Tareq al-Hashemi

İraqın mühacirətdə olan keçmiş vitse-prezidenti Tarik al Hashemiyə 3-cü ölüm hökmü çıxarılıb.

Bağdad məhkəməsi bu gün onu 2011-ci ildə şiələrə qarşı terror aktı cəhdində təqsirli bilib.

Məhkəmə həmçinin eyni ittihamla onun kürəkəni Ahmad Kakhtana ölüm hökmü kəsib.

Tarik al Hashemi bundan əvvəl cinayətkar qrupları dəstəkləmə və yüksək rütbəli məmurların qətlinə cəhd ittihamı ilə 2 dəfə ölüm hökmünə məhkum edilib.

İttihamları rədd edən Hashemi məsələnin siyasi motivli olduğunu deyir.

Sünniləri təmsil edən keçmiş vitse-prezident indiki baş nazir, şiə lideri Nuri al Malikini dəfələrlə tənqid edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG