Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:33

Yenidən kəşf olunan Naxçıvan...


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

13 iyun 2012-ci il. Sayı: 130(20.535)

CARİ İLİN 6 AYINDA 268 HEKTAR SAHƏDƏ YAŞILLAŞDIRMA TƏDBİRLƏRİ APARILMIŞDIR
1995-ci ildə muxtar respublika ərazisinin yalnız 1 faizini yaşıllıq zolaqları təşkil edirdisə, reallaşdırılan məqsədyönlü tədbirlər hesabına indi bu rəqəm 10 faizi ötüb. Daha dəqiq desək, bəhs olunan dövrdə 13 min hektardan çox sahədə meşəsalma tədbirləri həyata keçirilib. Bu da Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 18 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində meşələrin bərpa edilməsi və artırılmasına dair Dövlət Proqramı”nın uğurla başa çatdırılması deməkdir.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız məlumata görə, 2012-ci ilin birinci yarısında muxtar respublika ərazisində mövcud ekoloji vəziyyətin qorunması, ətraf mühitin mühafizəsi, əlverişli ekoloji mühitin yaradılması məqsədilə görülən işlər diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli sərəncamı ilə təsdiq olunmuş “2012 – 2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq, 150 hektardan çox sahədə meyvə bağları salınıb.
ÖTƏN DÖVRÜN NAİLİYYƏTLƏRİ
Naxçıvan Beynəlxalq Hava Limanından və muxtar respublikadakı digər gömrük – keçid məntəqələrindən keçərək xaricə səyahətə çıxan və regionumuza xaricdən səfər edən əcnəbi turistlər isə digər bir “gözəgörünməz ixracatın” – beynəlxalq turizmin nümayəndələri kimi bu şəraitdən istifadə edirlər. Naxçıvanın malik olduğu təbii, tarixi və mədəni potensial, yeniləşən infrastruktur və yeni iqtisadi imkanlar diyarımıza olan marağı artırmışdır. Bir vaxtlar blokada ucbatından qonşu ölkənin baqqal mağazalarında ucuz qiymətə nəsə axtaran naxçıvanlını indi artıq Türkiyə və İranla yanaşı, Amerika, Avropa qitəsi ölkələrinin, Yaponiya, Çin, Rusiya kimi iqtisadi nəhənglərin sahibkarlarının iştirakı ilə keçirilən forumlarda görmək adi hala çevrilib. Dünyanın iş adamları Naxçıvanı sanki yenidən kəşf edərək hər keçən gün yeni investisiya təklifləri ilə çıxış edir, regionda aparılan iri sənaye, infrastruktur, turizm layihələrinə qoşulmağa can atırlar.
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Arazüstü şəhərim
- Rabitə xidmətinin səviyyəsi yüksəldilir
- Dövlət qayğısı bol məhsul yetişdirilməsinə stimul olmuşdur

Şərhləri göstər

XS
SM
MD
LG