Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:43

R.Morningstar:“Xankəndi limanının fəaliyyəti sülh prossesinə mənfi təsir göstərəcək”


Richard Morningstar

Richard Morningstar

“Xankəndi hava limanının fəaliyyəti sülh prossesinə mənfi təsir göstərəcək”.

ANS-PRESS-in məlumatına görə bunu ABŞ-ın Azərbaycandakı səfiri Richard Morninqstar limanın istifadəyə verilməsinə münasibət bildirərkən deyib.

Richard Morninqstar qeyd edib ki, hər iki tərəf bu məsələni beynəlxalq hüquq normaları çərçivəsində həll etməlidir və Minsk qrupu da daxil olmaqla bəyanatlarda bildirildiyi kimi hava limanından hər hansı uçuş sülh prosesinə mənfi təsir edəcək.

Ermənistan tərəfi bu yaxınlarda Azərbaycanın işğal altında olan əraziləri- Xankəndidə tikilmiş hava limanının istifadəyə verilməsi barədə məlumat yayıb.

Rəsmi Bakı, bunun danışıqlar prosesinə ciddi ziyan vuracağını və mülki aviasiya barədə
Çikaqo Konvensiyasına zidd olduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG