Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:34

«Gangnam Style» Youtubda ikincidir - VİDEO


«Gangnam Style» klipindən görüntü
«Gangnam Style» klipindən görüntü
-
Koreyalı musiqiçi Park Jae-Sang-in (PSY) oxuduğu «Gangnam Style» adlı mahnı Youtube-da ən çox baxılan ikinci video olub.
15 iyuldan bu yana 639 milyondan çox izlənilən «Gangnam Style», müğənni Jennifer Lopez və reper Pitbullun 616 milyon dəfə izlənilən «On the Floor» videosunu geridə qoyub.
Youtube-da ən çox izlənən video isə kanadalı müğənni Justin Bieber-in «Baby»sidir. 795 milyon baxış.
«Gangnam style» mahnısında adı çəkilən «Gangnam» ifadəsi Cənubi Koreyanın paytaxtı Seulun mərkəzi hissəsidir.
Mahnı Guiness Rekordlar kitabına «ən bəyənilən video» olaraq daxil olub. «Gangnam style»in müxtəlif versiyalarına da Youtube-da milyonlarla baxış olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG