Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:04
Birləşmiş Ştatlarda prezident seçkisinə 3 gün qalır.

Prezidentlik uğrunda indiki prezident Barack Obama və respublikaçı Mitt Romney mübarizə aparırlar.

Rəy sorularına görə hər iki namizədin şansı təxminən eynidir.

Bu ərəfədə AŞ-da işsizliyin səviyyəsi bir qədər artıb, eyni zamanda 170 min yeni iş yeri yaradılıb.

Barac Obama bəyan edib ki, yeni iş yerləri onun siyasətinin düzgün olması, ABŞ-ın dirçəlişə doğru getməsindən xəbər verir.

Romney isə deyib ki, işsizliyin artması ölkə iqtisadiyyatında faktiki durğunluq olduğunu göstərir.

Romney qalib gələcəyi halda iqtisadiyyatı dirçəldəcəyini deyir.

Obama varlılara vergilərin artırılması, Romney isə əksinə azaldılmasının tərəfdfarıdır.

ABŞ-da prezident seçkisi Noyabrın 6-da keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG