Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:57

Vasif Talıbov hesabat konsertini dinləyib


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 11 iyul 2012. sayı: 128 (20.533)


YAP ŞƏRUR RAYON TƏŞKİLATININ ŞURA İCLASI KEÇİRİLMİŞDİR

Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatının növbəti şura iclasında 2012-ci ilin birinci yarısında görülmüş işlər müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Gündəlikdə duran məsələ ilə əlaqədar təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin məruzəsi dinlənilmişdir.
Qeyd olunmuşdur ki, şura və idarə heyətinin yığıncaqlarında aktual məsələlər müzakirə edilmiş, qərarlar qəbul olunmuşdur. Bundan başqa, əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilmişdir.

Şura üzvləri müntəzəm olaraq ərazi ilk təşkilatlarında olmuş, partiya üzvləri və bitərəflərlə görüşlər keçirmiş, problem və qayğılarla maraqlanmış, onların həll edilməsi barədə müvafiq təşkilatlar qarşısında məsələ qaldırmışlar.

Hazırda elə bir sahə yoxdur ki, orada Yeni Azərbaycan Partiyası üzvlərinin gücündən istifadə olunmasın. Hər bir partiya üzvü öz sahəsində məsuliyyətlə çalışır, müstəqil dövlətimizin tərəqqisinə töhfəsini verməyə səy göstərir.

... Yeni Azərbaycan Partiyası Şərur rayon təşkilatı Qadınlar Şurasının və Heydər Əliyev adına Gənclər Birliyinin idarə heyətinin tərkibində dəyişiklik olunmuşdur.

NAXÇIVAN MR BƏSTƏKARLAR TƏŞKİLATININ HESABAT KONSERTİ OLMUŞDUR

«Vətən» romansı, «Müstəqil respublikam» və «Çoban türküsü» mahnıları, Naxçıvan Dövlət Filarmoniyasının Xor kollektivinin ifasında səslənən «Mirzə Cəlilin xatirəsinə həsr olunmuş kantata», Kamera Orkestrinin ifa etdiyi «Aşıqsayağı» tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Hesabat konsertindən sonra bəstəkarlarla görüşən Ali Məclisin sədri uğurlu konsert proqramına görə onları təbrik edərək demişdir ki, Naxçıvan Muxtar Respublikasının bəstəkarları milli musiqi xəzinəmizi yeni mahnılarla, dəyərli sənət nümunələri ilə zənginləşdirirlər. Naxçıvanda yaşayıb fəaliyyət göstərən gənc və təcrübəli bəstəkarların yaradıcılığı bu sahədə də varislik ənənələrinin uğurla davam etdirildiyini göstərir. Bu gün təkcə paytaxt Bakıda deyil, ölkəmizin regionlarında, eləcə də Naxçıvan Muxtar Respublikasında da istedadlı sənətkarlar, peşəkar ifaçılar yetişir. Naxçıvan Dövlət Universitetində açılan Bəstəkarlıq kafedrası bu sahədəki kadr hazırlığına mühüm töhfə verir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Ən ucuz kredit Naxçıvanda verilir
- İnkişafa verilən dəstək
- Hüquqi maarifləndirmə günün tələbidir
XS
SM
MD
LG