Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:54

Göyçayda nar festivalı keçirilir


-
Göyçay rayonunda növbəti nar festivalı keçirilir.

Rayon icra hakimiyyətinin şöbə müdiri Eldəniz Məmmədov AzadlıqRadiosuna deyib ki, budəfəki festival əvvəlkilərdən xeyli fərqlənir:

«Bu dəfə nar bayramı ilə bağlı filim çəkmək üçün İtaliyanın «Rai 3» televiziya kanalının əməkdaşları da rayondadırlar. Bundan başqa, italiyalı aşpazlar nardan pitsalar hazırlayıb adamlara payladılar. Bundan sonra nar şirəsinin hazırlanması, daha çox nar yemə və daha ağır çəkidə nar təhvilvermə yarışları olacaq. Bu nominasiyalar üzrə qaliblərə pul mükafatları veriləcək. Günün sonunda isə türkiyəli müğənni Doğuş ilə Litvadan gələn xanım müğənni konsert verəcəklər».

Festivalda məmurlar və bir neçə deputat da iştirak edir.

Göyçayda nar festivalı 2006-cı ildən keçirilir.
XS
SM
MD
LG