Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:35

Azərbaycan ilk peykini orbitə fevralda buraxacaq


-
Azərbaycan ilk telekommunikasiya peykini orbitə fevralda buraxacaq.

Bunu ANS-ə açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib:

«Yanvar ayının sonu fevralın ilk ongünlüyündə peykin orbitə qaldırılması nəzərdə tutulur. Bunun üçün bütün hazırlıqlar görülüb».

İltimas Məmmədov ikinci milli peykin hazırlanması ilə bağlı da artıq işlərə başlandığını deyib. İkinci peykin 2015-ci ildə orbitə çıxarılması planlaşdırılır.
XS
SM
MD
LG