Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:40

İstirahət gününə olan hava proqnozu açıqlandı


-
Bazar günü (4 noyabr) respublika ərazisində hava şəraitinin nisbətən sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun olacağı, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Gecə 12-16, gündüz 17-22 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Gecə 10-15, gündüz 20-24, dağlarda gecə 3-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
XS
SM
MD
LG