Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:21
-
«Müxalifət və beynəlxalq təşkilatların hakimiyyətə basqısı olmasa, yenə də Məzahir Pənahovun qutusundan iqtidarın nümayəndəsi çıxacaq».

Bunu «Yeni Müsavat» qəzetinə müsahibəsində İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal deyib:

«Belə gedişlə getsək, 2013-də müxalifətin böyük uğur qazanacağına mən də əmin deyiləm».

«Azərbaycan» qəzeti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun prezident seçkilərini müşahidə etmək üçün ABŞ-a getdiyini yazır:

«Səfər çərçivəsində MSK sədrinin bir sıra rəsmi görüşləri də nəzərdə tutulur».

«Bizim yol» qəzeti Quba hadisələrinin iki nazirin davası ucbatından baş verdiyini yazır. Qəzet bunu zərərçəkmişlərdən birinin vəkili Mirzə Əzizovun dediyini yazır:

«Bütün Azərbaycan, bəlkə də Avropa bilir ki, 1 mart hadisələri iki nazir arasındakı ziddiyyətə görə baş verib. Bu insanlar onların qurbanlarıdır».

Qəzet görə, sabiq icra başçısının nümayəndəsi isə buna etiraz edib. O, «Məsələni siyasiləşdirməyin» deyə vəkilə etiraz edib.

«Zerkalo» qəzeti noyabrın 2-də yağışın paytaxtda yaratdığı problemlərdən yazır. Qəzet qeyd edir ki, «Meriya günahkar deyil, yağış Bakıya özü gəlib». Qəzet bu arada yağışla bağlı bir alman filmini yada salır:

«Orda yağış sözün əsl mənasında cinayətin izini yuyur, bizdə isə hər şey tam əksinədir. Yağış cinayətin üstünü açır».

«Gülər Əhmədova bilir ki, hakimiyyət onun danışacağından qorxur». Bunu «Azadlıq» qəzetinə müsahibəsində «Xalq» qəzetinin sabiq baş redaktoru Mahal İsmayıloğlu deyib:

«Bu, ölkədəki total korrupsiyanın ortaya çıxan nümunəsidir. Gülər Əhmədova çox yaxşı bilir ki, ondan sonrakı addımından, açıqlamasından hakimiyyət çox qorxur».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG