Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 05:59

İlham Əliyev Barack Obamaya başsağlığı verib


-

Prezident İlham Əliyev ABŞ prezidenti Barack Obamaya başsağlığı verib.

AzərTac-ın məlumatına görə, başsağlığında bildirilir: «Hörmətli cənab Prezident, «Sandy» qasırğasının doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca sarsıtdı. Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram».

«Sandy» qasırğası nəticəsində ABŞ-da və Kanadada ölənlərin sayı 140-a çatdığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG