Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:05

«Elektron Naxçıvan» hərəkatı


Arxiv foto
Arxiv foto
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 7 iyul 2012. sayı: 126 (20.531)


SAHİBKARLIQ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLAN HÜQUQİ VƏ FİZİKİ ŞƏXSLƏRİN NƏZƏRİNƏ

«İcbari sığorta haqqında» Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli Qanununa əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə məxsus daşınmaz əmlak(binalar, tikililər, qurğular) icbari qaydada sığorta olunmalıdır.

Daşınmaz əmlakın icbari sığortası – yanğın, zəlzələ, qasırğa, sel, daşqın, yer sürüşməsi, qaz partlayışı, elektrik naqillərində baş verən qısaqapanma, su, kanalizasiya, istilik sistemlərinin qəzası və digər hadisələr nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı sahibkarlara dəyən ziyanın ödənilməsinə təminat verir.

Sahibkarlara məxsus binaların, tikililərin, qurğuların icbari sığorta məbləği və sığorta haqqı daşınmaz əmlakın orta bazar dəyərinin, fəaliyyət sahəsinə uyğun müəyyənləşdirilmiş tarif stavkasına vurulmaqla hesablanır.

Binalar, tikililər, qurğuların icbari sığortası Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi və rayon (şəhər) Dövlət Sığorta agentlikləri tərəfindən aparılır.


ALİ TƏHSİL OCAĞINDA BEYNƏLXALQ SİMPOZİUM

...Azərbaycanda informasiya cəmiyyətinin formalaşması, informasiya – kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi istiqamətində dövlət strategiyasının uğurlarından bəhs edən natiq bildirmişdir ki, 2005-ci ildən başlayan «Elektron Naxçıvan» hərəkatı elmdə və tədrisdə müasir informasiya – kommunikasiya texnologiyalarının tətbiqi, Avropadan Asiyaya qədər virtual əlaqələrin genişləndirilməsi, internet resurslarının artırılması istiqamətində mühüm nailiyyətlərlə nəticələnmişdir. Rəsmi internet səhifəsi yaradılmış universitetdə 108 hektar ərazini əhatə edən «Vi – Fi» internet şəbəkə sistemi, 10 meqabit gücündə sürətli internet resursu, müxtəlif internet mərkəzləri, elektron kitabxana fəaliyyət göstərir. Bütün bunlar universitetin dünya elminə, təhsilinə uğurlu inteqrasiyasına və beynəlxalq elmi əlaqələrin inkişafına xidmət edir. Akademik bu sahədə elektron təhsilin, elektron imtahan bazasının yaradılması kimi qarşıda duran mühüm vəzifələrdən də danışmışdır.
...Universitetin İncəsənət fakültəsinin müəllim və tələbələri simpozium iştirakçıları qarşısında konsert proqramı ilə çıxış etmişlər

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Muxtar respublikamızda taxılın itkisiz yığımı diqqət mərkəzindədir
- Bəstəkar təşkilatının hesabat konserti olacaq
- Böyük sənət töhfəsi
XS
SM
MD
LG