Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:17

Dünya Bankı Myanmaya 80 milyon dollar yardım ayırıb


Dünya Bankı 25 illik fasilədən sonra Myanmaya 80 milyon dollar yardım etmək haqda qərar verib. Bu yardım yol, körpü, məktəb və səhiyyə müəssisələrinin tikintisinə sərf olunacaq.
Dünya Bankının rəhbəri Jim Yong Kim deyib ki, Myanma hökuməti bundan sonra da islahatlarla bağlı daha çox iş görməlidir.

Myanmada 2010-cu ilin noyabrında keçirilən seçkilərdə hərbi hakimiyyətin yerinə ordunun müdafiə etdiyi hakimiyyət keçib. Bundan sonra müxtəlif islahatlar başlanıb.

Prezident Thein Seinin hakimiyyəti dövründə bir çox siyasi dustaq buraxılıb, senzura müəyyən qədər götürülüb. İllərdir həbsdə olan Myanma müxalifətinin lideri Aung San Suu Kyi azad olunandan sonra seçkilərdə iştirak edərək deputat mandatı qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG