Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:38

Milli Məclisin mətbuatda tənqid olunmasına nəzarət ediləcək


Oqtay Əsədov
Oqtay Əsədov

-

«Parlamentin mətbuat xidməti Milli Məclisin mətbuatda tənqid olunmasına nəzarət edəcək. Bu barədə mətbuat xidmətinə tapşırıq veriləcək». Bunu noyabrın 2-də keçirilən iclasda Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Deputatlar Fazil Mustafa, Etibar Hüseynov, Siyavuş Novruzov bəzi müxalifət mətbuat orqanlarının parlamenti qeyri-obyektiv tənqid etdiklərini bildiriblər.

Konkret olaraq «Azadlıq» qəzetinin fəaliyyətinə narazılığını bildirən Fazil Mustafa təklif edib ki, Milli Məclis mətbuatdakı tənqidlərə reaksiya verməlidir. Onun fikrincə, Azərbaycan mətbuatı «Diffamasiya haqqında» qanunun qəbuluna hazır deyil.

Deputat Siyavuş Novruzov isə təklif edib ki, araşdırılsın, əgər belə tənqidlərə yol verən qəzetlər parlamentdə varsa, onların akkreditasiyası ləğv edilsin.

Siyavuş Novruzov müxalifətin parlament qarşısında keçirməyə cəhd göstərdiyi aksiyaya da münasibət bildirib. O, hazırda yağan yağışa işarə edərək deyib ki, «müxalifətin aksiyasını nə cəmiyyət, nə təbiət, nə də Allah qəbul etmir».

İqbal Ağazadə isə məsələyə bu cür yanaşmağın əleyhinə çıxıb. O, bildirib ki, müxalifət mətbuatı məhkəmə cərimələrindən yetərincə əziyyət çəkir. Amma vətəndaşların sərbəst toplaşma azadlığını təmin etməyən Bakı Şəhər İcra Hakimiyyəti bir dəfə də olsun məhkəmə tərəfindən cəzalandırılmayıb. Halbuki Avropa İnsan Haqları Məhkəməsi BŞİH-nin əleyhinə qərar çıxarıb.
XS
SM
MD
LG