Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:00

«Sandy» qasırğası nəticəsində ölənlərin sayı 140-a çatıb


New Jerseydə adamlar benzin növbəsinə dayanıb

New Jerseydə adamlar benzin növbəsinə dayanıb

-

«Sandy» qasırğası nəticəsində ABŞ və Kanadada ölənlərin sayı 140-a çatıb. Təkcə New Yorkda 90-dan artıq ölən olub. Hələ milyonlarla adam elektriksizdir.

New York metrosu yenidən işləməyə başlayıb. BMT-nin Manhattandakı binasının bir neçə mərtəbəsi suyun altında qalıb. Bütövlükdə qasırğanın ABŞ-a 50 milyard dollar ziyan vurduğu bildirilir.

New York və New Jerseydə benzindoldurma məntəqələrinin çoxu hələ də bağlıdır. Fəaliyyət göstərən məntəqələrin qarşısında isə uzun növbələr var.

New York rəhbərliyi yalnız üç və daha artıq sərnişin aparan avtomobillərin Manhattana girməsinə icazə verir. Manhattanın aşağı hissələrində metro hələ də bağlıdır. Burda yüz minlərlə adam işıqsızdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG