Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:51

Sandy qasırğası nəticəsində ölənlərin sayı 90-a çatıb


Sandy qasırğası nəticəsində ABŞ-da və Kanadada ölənlərin sayı 90-a çatıb. Təkcə New Yorkda 40-dan artıq ölən olub. Hələ milyonlarla adam elektriksizdir.

New York metrosu yenidən işləməyə başlayıb. BMT-nin Manhattandakı binasının bir neçə mərtəbəsi suyun altında qalıb. Bütövlükdə qasırğanın ABŞ-a 50 milyard dollar ziyan vurduğu bildirilir.

New York və New Jerseydə bir çox benzindoldurma məntəqələri hələ bağlıdır. Fəaliyyət göstərən məntəqələrin qarşısında isə uzun növbələr var.

New York rəhbərliyi yalnız üç və daha artıq sərnişin aparan avtomobillərin Manhattana girməsinə icazə verir. Manhattanın aşağı hissələrində metro hələ də bağlıdır. Burda da yüz minlərlə adam işıqsızdır.
XS
SM
MD
LG