Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:23

Rusiyadan Bakıya qarşı kobud jest?


Mətbuat icmalı
Mətbuat icmalı
-

QARA İQTİSADİYYATA XƏRCLƏNƏNLƏR

«Bizim yol» qəzeti büdcənin 60 faizinin qara iqtisadiyyata xərcləndiyini yazır: «Hökumət büdcə zərfini müxtəlif qrupların subyektiv istəkləri əsasında hazırlayır».

RUSİYADAN BAKIYA KOBUD JEST...

«Yeni Müsavat» qəzeti «Rusiyadan Bakıya qarşı kobud jest» edildiyini yazır. Qəzetə görə, leysan yağışlarından zərər çəkən Dərbəndə oktyabrın 18-də Azərbaycandan göndərilən 120 ton humanitar yardım iki həftədən çox sərhəddə saxlandıqdan sonra geri qaytarılıb.

Qəzet yazır ki, Dərbənd şəhər administrasiyasının rəsmisi məsələ ilə bağlı yaxın vaxtlarda komissiya yaradılacağını və yükün həqiqətən də humanitar yük olub-olmadığı ilə bağlı araşdırma aparılacağını deyib.

ƏLİ ƏHMƏDOV MÜXALİFƏTİN AKSİYASI BARƏDƏ

«... mitinq iştirakçıları çox cəhd göstərirdilər ki, onlara sifariş verən mərkəzləri qane edən kadrlar alınsın». Bu sözləri YAP icra katibi, deputat Əli Əhmədov «Azərbaycan» qəzetinə müsahibəsində oktyabrın 20-də müxalif və ictimai fəalların Fəvvarələr meydanında keçirdiyi aksiya ilə bağlı deyib. Əli Əhmədova görə, «bu yolu seçənlər özlərinin maraqlarının həyata keçirilməsi naminə dövlətin və xalqın maraqlarının qurban verməyə hazırdırlar».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG