Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:41

Facebook-da qadınla kişi dostluğu


Foto: Arxiv
Foto: Arxiv
-
«Facebook»da qadınla kişi dostluğu - virtual dostluqla real münasibətlərin fərqi.

Virtual dostluğu gerçəkliyə daşımağın üstünlükləri, fəsadları.

Bu barədə Azadlıq FM-də «Facebook» fəalı Şəbnəm Karslı və yazar Şərif Ağayar danışdılar.

Şərif Ağayar: «Facebook»a gələn bəzi qadınlar kim olduqlarını gizlədirlər, başqa adla girirlər. Bir az araşdırandan sonra məlum olur ki, ərli qadınlardır. Bəzən də adama o qədər boş-boş suallar verirlər ki… Hətta real həyatda soruşmadıqlarını da soruşurlar. Amma bu da olur ki, çox sayılan, hörmətli kişilərin də virtual aləmdə gözəl qadın görəndə özlərini itirdiyinin şahidi olursan.

Şəbnəm Karslı: «Facebook»a istənilən fikirlə gələnlər ola bilər. Necə ki, başqa sahələrdə hər cür adamla rastlaşırsan. Adını gizlədən qadınların da iki problemi ola bilər: ya onlara «Facebook»a icazə verilmir, ya da öz adı ilə girməyə icazə verilmir. Qadına məgər küçədə söz atmırlar? «Facebook» da eləcə real həyatımızın bir hissəsidir.

- Qadınlar daha asan real həyatda yad adamlarla tanış ola bilərlər, ya virtualda?

Şəbnəm Karslı: Real həyatda yad adamla tanış olmuram. Mühafizəkaram. Məsələn, biri avtobusda gəlib salam versin ki, tanış olmaq istəyir. Təbii ki, tanış olmaram. Amma «Facebook»da başqa. Əvvəl salamını alırsan, sonra söhbətin davamı gəlirsə, yazmağından, ifadə seçimindən o adamı tanıya bilirsən.

Şərif Ağayar: Axı real həyatda bu cür tanış olmağın təhlükə ehtimalı böyükdür. «Facebook»da isə heç bir təhlükə yoxdur. Xoşun gəlmədi, bəyənmədin, dostluq etməyə bilirsən.

XS
SM
MD
LG