Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:53

Prezident ölkədə «korrupsiyadan cərrahiyyə əməliyyatı» aparmağı tələb edir


Arxiv foto

Arxiv foto

-
KONKRET, GÖZLƏ GÖRÜNƏN NƏTİCƏLƏR ÜÇÜN CƏRRAHİYƏ ƏMƏLİYYATI

Ermənistanın baş naziri bildirir ki, prezident Serzh Sargsyan ölkədə korrupsiya ilə mübarizədə çox ciddi və həlledici tədbirlər tələb edir.

Hökumətin noyabrın 1-də keçirilən iclasında baş nazir Tigran Sargsyan bildirib ki, dövlət başçısı bu sahədə konkret, gözlə görünən nəticələr əldə olunması üçün hətta “cərrahiyyə əməliyyatı” aparılmasını istəyir.

Baş nazir noyabrın 2-də prezidentin iştirakı Ermənistanda korrupsiya ilə mübarizə şurasının iclasının keçiriləcəyini deyib:

“Məncə, korrupsiya ilə mübarizədə ciddi uğur üçün vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıq gücləndirilməlidir. Buna görə onların da planlaşdırılan toplantıda iştiraklarını istəyirəm.”

MÜXALİFƏT DƏ ANTİ-KORRUPSİYA TOPLANTISINA DƏVƏT EDİLİR

Tigran Sargsyan hökumət üzvlərindən hansı ictimai təşkilatların toplantıya qatılmalarını istədikləri barədə təklif vermələrini istəyib və deyib ki, müxalifət partiyalarının da müzakirələrə dəvət olunması ideal olardı.

Amma baş nazir daha yaxın müddətdə ölkədə konkret hansı sahələrin “anti-korrupsiya cərrahiyyə əməliyyatı”na məruz qalacağı barədə bir söz deməyib.

Transparency İnternational beynəlxalq şəffaflıq təşkilatının illik hesabatlarına görə son illər Ermənistanda korrupsiyanın səviyyəsi ildən-ilə artır. 2011-ci ildə bu ölkə korrupsiyanın səviyyəsinə görə 183 ölkə arasında 129-cu sırada qərarlaşıb.

Amma 129-cu yeri ilə də Ermənistan Azərbaycandan irəlidədir. Transparency İnternational son hesabatında Azərbaycanın adını Ermənistandan da aşağıdakı - 183 ölkə arasında 143-cü sırada qeyd edib.

Şərhləri göstər

XS
SM
MD
LG