Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:28

Suriyada 28 hərbçi öldürülüb


Suriyada hərbi məntəqəyə edilmiş hücum nəticəsində 28 hərbçi öldürülüb.

Bu barədə Londonda fəaliyyət göstərən suriyalı hüquq müdafiəçiləri xəbər verir.
İdlib əyalətində törədilmiş hücumda həmçinin 5 üsyançı ölüb.

Məlumatlara görə, üsyançılar hücum zamanı bir neçə zirehli texnikanı ələ keçiriblər.

Həmçinin ölkənin digər şəhərlərində döyüşlər gedir.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar və silahlı toqquşmalar gedir.

Bu müddət ərzində 30 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG