Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:49

Tbilisi hava limanında nəzarət gücləndirilir


Foto arxiv
Foto arxiv
Gürcüstan prezidenti Mikheil Saakashvili Tbilisi beynəlxalq hava limanında təhlükəsizlik tədbirlərinin dəyişdirilməsi barədə fərman imzalayıb.

Saakasvilinin şəxsi təhlükəsizliyini təmin edən xüsusi dövlət xidməti indən belə hava limanının VİP terminalına da cavadeh olacaq.

Əsasən xarici rəsmi şəxslər üçün nəzərdə tutulan bu terminaldan, həmçinin prezident, baş nazir, parlament sədri, ali və konstitusiya məhkəmələrinin sədrləri, habelə Gürcüstan
Pravoslav Kilsəsinin patriarxı və onların ailə üzvləri istifadə edir.

Prezident aparatı məsələyə münasibət bildirməkdən boyun qaçırıb.
XS
SM
MD
LG