Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:36

Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin həcmi açıqlandı


Bakıda hərbi parad, 26 iyun 2011

Bakıda hərbi parad, 26 iyun 2011

-
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi son bir ay ərzində 1 162 083.6 manat (1 480 550 dollar) artıb.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Noyabrın 1-i tarixinə Fondun manat hesabına yığılmış vəsaitin məbləği 32 532 507 manat, ABŞ dolları hesabındakı vəsait 202 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib.

Ümumilikdə Fondun vəsaitləri 41 651 358 ABŞ dollarıdır.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait hesabına formalaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG