Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:52

Prezidentlərin tərifləndiyi mahnılar: «Heydər oğlu», «Batka», «Arxadağ», «Nur ağa» [Videolar]


-

TÜRKMƏNİSTANIN "ARXADAĞ"I

Ümid var idi, prezident dəyişiləndən sonra Türkmənistanda şəxsiyyətə pərəstiş ənənəsi zəifləyəcək.

Amma “Türkmənbaşı” Niyazovu “Arxadağ” Berdımukhammedov əvəzlədi.

Tanınmış türkmən müğənnisi Laçın Məmmədovanın oxuduğu bu mahnı da “Arxadağ” adlanır.

Adından göründüyü kimi burada prezident Gurbangulu Berdımukhammedovun türkmən xalqının söykəndiyi, arxalandığı dağ olduğu deyilir, ona can sağlığı, uzun ömür arzulanır:

BELORUSUN "BATKA"SI

Belorusun “Syabry” qrupu sovet vaxtından bəri populyardır. İndi onlar həm də “lukaşenkayönlüdürlər”.

“Ataya qulaq as” mahnısı 2006-cı ilin prezident seçkiləri ərəfəsində oxunurdu.

Belorus prezidenti ona “Batka” – millətin atası deyilməsindən xoşlanır.

Mahnıda Aleksandr Lukashenko güclü lider kimi təqdim edilir, o, düşmənləri yerində oturdur, özünü öz ölkəsində ev sahibi kimi aparır: “Buna görə də millət atasıdır və gecə-gündüz ona qulaq asmaq lazımdır".

NURSULTAN - "NUR AĞA"

Qazaxıstan SSR Nazirlər Sovetinin keçmiş sədri, Qazaxıstanın hazırkı prezidenti Nursultan Nazarbayevi rəsmi təbliğat "Qazaxıstan müstəqilliyinin memarı" kimi təqdim edir.

Yeri gəlmişkən, Nazarbayev həm də şeir yazır, sözlərinə çoxlu mahnılar bəstələnib, hətta Qazaxıstanın himninin də sözlərinin həmmüəllifidir.

Nazarbayevə həsr edilmiş "Nur ağa" mahnısını uşaqlar ifa edir.

AZƏRBAYCANIN "HEYDƏR OĞLU"

Azərbaycanın tanınmış müğənnilərinin oxuduğu bu mahnı prezident İlham Əliyev haqqındadır, musiqisi mayestro Ceyhun, sözləri Bəhmən Vətənoğlunundur:

Bütün dünya önündə bu gün açıq-aşikar,
Sənin polad əlində qələbə bayrağı var,
Xalqın sənə arxadır, sən xalqına bayraqdar,
Ölkənin, məmləkətin, yurdun hünərvər oğlu,
Haqq oğlu, Heydər oğlu.
Sənin parlaq qələbən haqqın qələbəsidir...


RUSİYANIN "KÜRƏK YENƏN LİDERİ"

Rus müğənnisi Kuzminin oxudğu bu mahnı isə Rusiya prezidenti Vladimir Putinə həsr edilib.

Mahnıda deyilir ki, “1990-ci illərdə Rusiyadakı vəziyyəti hamı xatırlayır, indi vəziyyət yaxşılaşıb”.

Putin ölkənin müstəqilliyinin qarantı, xarici düşmənlərin “kürəyini yerə vuran” lider kimi təqdim edilir: “Rusiyanı irəli apar, Putin!”

ÇEÇENİSTANIN "NÖMRƏ 1"İ

Bu reper isə Rusiyanın Çeçenistan muxtar respublikasının lideri Ramzan Kadyrovu göylərə qaldırır.

Mahnıda “bir zamanlar yandırılmış diyarı” dirçəldən Ramzan Kadırovun “nömrə 1” olduğu, ”hətta Afrika ölkələrində də tanındığı” deyilir.

Mahnı 2010-cu ildə yazılıb.

LİVİYANIN "AFRİKA QƏHRƏMANI"

“Afrikanın qəhrəmanı” adlanan bu mahnı isə keçmiş Liviya prezidenti Muammar Gaddafi-yə həsr edilib.

Qəddafinin azsaylı tərəfdarları bu klipi o, hakimiyyətdən salınandan sonra da İnternetdə yaymaqda davam edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG