Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:11

Səudiyyə Ərəbistanında partlayış olub, 22 nəfər ölüb


Səudiyyə Ərəbistanının paytaxtı Əl-Riyadda yanacaq tankerinin partlaması nəticəsində 22 nəfər ölüb. 111 nəfər yaralanıb.

Bu haqda Al Arabiya televiziyasına mülki müdafiə rəhbərlərindən biri məlumat verib.

Əl-Riyadın şərqindəki sənaye ərazisində baş verən partlayış ətrafdakı bina və avtomobillərə də böyük ziyan vurub.

Hakimiyyət orqanları partlayışın tankerin körpü ilə toqquşma nəticəsində baş verdiyini, qaz sızıntısının isə partlayışın şiddətini artırdığını bildirib.
XS
SM
MD
LG