Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:47
-
Deyəsən tanınmış fransız aktyoru Gérard Depardieu-nin (Jerar Depardye) postsovet ölkələrinə xüsusi sevgisi var.

Fransız aktyor bu günlərdə bir özbək filmində çəkilməyə razılıq verib.

Xəbəri Оlam.uz saytı Daşkənd Beynəlxalq Kinoforumunun baş direktoru Akbar Khakimova istinadən yayıb.

Saytın verdiyi bilgiyə görə, filmin ssenarisini Akbar Khakimov Özbəkistan prezidentinin qızı Gülnarə Kərimova ilə birgə yazıb.

Filmin Orta Asiyada V-VI əsrlərdə cərəyan edən tarixi serial olacağı bildirilir.

Depardieu bu serialda Avropadan gələn rahibi oynayacaq.

Bu, 63 yaşlı aktyorun yəqin ki, sayca 196-cı filmi olacaq.

Serialın hazırda hazırlıq dövründə olduğu deyilir.

Xatırladaq ki, Gülnarə Kərimova Özbəkistan Mədəniyyət və İncəsənət Fonduna rəhbərlik edir.

Xanım Kərimova həm də şeirlər yazır, «Guli» brendi ilə zərgərlik məmulatları, kosmetika və geyimləri istehsal edir.

Gülnarə Kərimova həmçinin dünyada pop ifaçısı (GooGoosha adı ilə) kimi tanınır.

Xanımın kinossenari yaradıcılığı barədə xəbər isə ilk dəfədir verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG