Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:16

Hava yağışlı olacaq


Oktyabrın 2-si Azərbaycan ərazisində buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında noyabrın 2-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16, günün birinci yarısında 20 dərəcəyədək yüksələcəyi, günün ikinci yarısında isə 14-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 2-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 2-də Bakıda və Abşeron yarımadasında gün ərzində hava şəraitinin təzadlı dəyişməsi bəzi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, noyabrın 3-ü gün ərzində və 4-də gözlənilən hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.
XS
SM
MD
LG