Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:34
-
İctimai Palata (İP) mitinq cərimələrinin artırılması layihəsinin əleyhinə noyabrın 2-nə təyin etdiyi piketi keçirməkdə israrlıdır.

İP-nin Koordinasiya Şurasının üzvü Ədalət Yusifov AzadlıqRadiosuna deyib ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mənfi cavabına baxmayaraq, onlar Milli Məclis qarşısında aksiya keçirmək haqda qərar qəbul ediblər. Və bu qərarı dəyişmək fikirləri yoxdur:

«Biz qərara aldıq ki, öz konstitusiya hüququmuzdan istifadə edib, aksiyamızı keçirək».

BŞİH İctimai Palaranın piket keçirilmək istəyini məqsədəuyğun saymayıb.

Bakı polisi isə paytaxt rəhbərliyi ilə razılaşdırılmayan istənilən aksiyanın qarşısını alacağını bəyan edib.

Noyabrın 2-də Milli Məclis mitinq cərimələri ilə bağlı «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsini müzakirə edəcək.

Oktyabrın 23-də Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitələrinin plenar iclasa tövsiyə etdiyi layihədə razılaşdırılmayan aksiyalara görə cərimələrin bir neçə dəfə artırılması təklif edilir.

BAKI POLİSİ: «RAZILAŞDIRILMAMIŞ AKSİYAYA İMKAN VERİLMƏYƏCƏK»

Bakı polisi İctimai Palatanın oktyabrın 2-si Milli Məclisin qarşısında razılaşdırılmamış aksiya keçirməsinə imkan verməyəcək.

Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov bildirib.

Rəis müavini qeyd edib ki, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir: «Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai qaydanı pozaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd edərsə, qarşısı alınacaq».

Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın noyabrın 2-nə təyin etdiyi aksiya ilə bağlı müraciətə cavab verib. İP katibi Gülağa Aslanlının verdiyi məlumata görə, şəhər rəhbərliyi cavab məktubunda qurumun Milli Məclisin qarşısında piketin keçirilmək istəyini məqsədəuyğun saymayıb. Bundan əlavə, aksiyanın keçirilməsi üçün başqa yer də təklif etməyib.

G. Aslanlı qeyd edib ki, İP aksiyanı keçirməkdə israrlı olduğundan BŞİH-in cavabını qəbuledilməz sayır. O, bununla bağlı yaxın iki gün ərzində İP-də ayrıca müzakirələrin aparılacağını da deyib.

İP noyabrın 2-də saat 12.00-da Milli Məclisin binası qarşısında «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna ediləcək dəyişikliklərə etiraz olaraq, «Sərbəst toplaşma azadlığına qoyulan qadağaya yox deyirik!» şüarı ilə piket keçirəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG