Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:58

Azərbaycan Silahlı Qüvvələrində «NATO günləri» keçirilir


-

Bakıda NATO-nun Müttəfiq Transformasiya Komandanlığı və Müttəfiq Qüvvələrin Avropadakı Ali Komandanlığının ekspert qrupu tərəfindən Azərbaycan Silahlı Qüvvələrində «NATO günləri» keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinə NATO-nun Hərbi Əməkdaşlıq idarəsinin rəis müavini kontr-admiral Ion Dumitrescu (Rumıniya Hərbi Dəniz Qüvvələri) rəhbərlik edir.

Tədbirin məqsədi Silahlı Qüvvələrin hərbi təhsil müəssisələrində müəllim və komandanlıq heyətinə, kursantlara və dinləyicilərə NATO haqqında ətraflı məlumat verməkdən ibarətdir.

Tədbir müddətində iştirakçılara NATO-nun strukturu, yaranma tarixi, məqsədi, siyasəti, strategiyası, konsepsiyası, transformasiya prosesi, islahatlar, tərəfdaşlıq münasibətləri, sülhməramlı və böhranlara cavab vermə əməliyyatları haqqında təqdimatlar veriləcək və dəyirmi masada müzakirələr aparılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG