Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:12
PREZİDENT ADMİNİSTRASİYASINDA YAZILAN MƏRUZƏ

«Azadlıq» qəzeti yazır ki, hüquq müdafiəçisi Leyla Yunus Avropa Şurası baş katibinin müavini ilə görüşdə Azərbaycan üzrə məruzəçiləri ifşa edib.

Qəzet yazır ki, bir qrup hüquq müdafiəçisinin Avropa Şurası baş katibinin müavini ilə qurumun Bakı ofisində keçirilən görüşündə Leyla Yunus «AŞPA Monitorinq Komitəsinin məruzəçilərinin Azərbaycandakı vəziyyətə dair verdikləri qiymət obyektiv deyil və görünür, «onların məruzələri Azərbaycan Prezident Administrasiyasında yazılır» deyə bildirib.

BAKINI GÜZƏŞTLƏRƏ VADAR EDİRLƏR

«Yeni Müsavat» qəzeti yazır ki, «Kreml və Qərb anlaşaraq rəsmi Bakını bir yerdə sıxır».
Qəzetə görə, «Biri «Milyarderlər ittifaqı», digəri ifşaedici materiallar və «ərəb baharı» ilə...».

Qəzet bununla Bakının güzəştlərə vadar edildiyini bildirir.

PİKET VƏ YAS?

«Yeni Azərbaycan» qəzeti İctimai Palatanın aksiyalarından yazır. Qəzetə görə, «...onların piketlərində adamların sayı babat bir yas mərasimindəki saydan azdır».

AZƏRBAYCANIN ÜTT-YƏ QOŞULMASININ YOLU

«Exo» qəzeti yazır ki, Honduras Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ilə əlaqədar ikitərəfli əlaqələrin başlanması üçün Azərbaycan hökumətinə müraciət edib.

DÖVLƏTƏ XEYİRLİ OLMAQ ARZUSU

«Məni müxalifətin fəaliyyətinə kəskin qiymət verməyə vadar etməsinlər». Bunu «Bizim yol»a müsahibəsində eks-prezident Ayaz Mütəllibov deyib. Eks-prezident həmçinin «dövlətə xeyirli olmaq arzumda da qəbahət olmadığını» deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG