Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:05

Obama qasırğadan sonra seçki səfərlərinə yenidən başlayır


Barack Obama

Barack Obama

-

ABŞ prezidenti Barack Obama qasırğaya görə fasilə verdiyi seçki kampaniyasına yenidən başlayır. Obama ötən gün «Sandy» qasırğasının ən çox ziyan vurduğu New Jersey ştatına gedib. Onun respublikaçı rəqibi Mitt Romney də seçki kampaniyasına iki gün fasilə vermişdi. Dünəndən o da səfərlərini bərpa edib.

«Sandy» qasırğası ABŞ-da 64 adamın ölümünə səbəb olub. Milyonlarla adam elektriksiz qalıb. Rabitə sistemi iflic olub.

Barack Obama noyabrın 1-i seçki kampaniyası çərçivəsində Nevada, Colorado və Wisconsin-ə gedəcək. New Jersey-də fəlakət bölgəsinə baş çəkən Obama zərər çəkənlərlə görüşüb. Deyib ki, «sizi tək qoymayacağıq».

New Yorkda həyat dünəndən normallaşmağa başlayıb. Şəhər birjası iki gün bağlı qalandan sonra dünən açılıb. New York Bellevue xəstəxanasında elektrik olmadığı üçün 500 xəstə başqa xəstəxanalara köçürülüb.

Bu gün metro qismən işləməyə başlayıb. New Jersey-i New Yorka bağlayan Holland tuneli isə hələ də suların altındadır.
XS
SM
MD
LG