Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:38

Obama qasırğadan sonra seçki səfərlərinə yenidən başlayır


ABŞ prezidenti Barack Obama qasırğaya görə fasilə verdiyi seçki kampaniyasına yenidən başlayır. Obama dünən Sandy qasırğasının ən çox vurduğu New Jerseyə gedib. Onun respublikaçı rəqibi Mitt Romney də seçki kampaniyasına iki gün fasilə vermişdi. Dünəndən o da səfərlərə çıxıb.

Sandy qasırğası ABŞ-da 64 adamın ölümünə səbəb olub. Milyonlarla adam elektriksiz qalıb. Rabitə sistemi iflic olub.

Barack Obama bu gün seçki kampaniyası çərçivəsində Nevada, Kolorado və Viskonsiyaya gedəcək. New Jerseydə fəlakət bölgəsinə baş çəkən Obama zərər çəkənlərə görüşüb. Deyib ki, “sizi tək qoymayacağıq”.


New Yorkda həyat dünəndən normallaşmağa başlayıb. Şəhər birjası iki gün bağlı qalandan sonra dünən açılıb. New York Bellevue xəstəxanasında elektrik olmadığı üçün 500 xəstə başqa xəstəxanalara köçürülüb.

Bu gün metro qismən işləməyə başlayıb. New Jerseyi New Yorka bağlayan Holland tuneli isə hələ də suların altındadır.
XS
SM
MD
LG