Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 15:34

Naxçıvanda «sərxoş vəziyyətdə suya girmək və çimmək qadağandır»...


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 6 iyul 2012. sayı: 125 (20.530)


BİR QRUP RUSİYALI GƏNC NAXÇIVANA GƏLİB

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının dəvəti ilə Rusiya Federasiyasının dövlət və qeyri – hökumət təşkilatlarından, ali təhsil müəssisələrindən olan bir qrup gənc ölkəmizə beşgünlük səfərə gəlmişdir. Səfər çərçivəsində rusiyalı gənclər Heydər Əliyev Fondunun vitse – prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə iyulun 5-də Naxçıvan Muxtar Respublikasında olmuşlar.

Rusiyalı gənclərin Naxçıvan Muxtar Respublikası haqqındakı məlumatlarının artırılması, birgə əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə təşkil olunan səfər zamanı qonaqlar ilk olaraq Heydər Əliyev Muzeyində olmuş, ümummilli liderimizin həyat və fəaliyyəti haqqında ətraflı məlumatlar almışlar. Burada onlara Naxçıvan Muxtar Respublikası barədə məlumat verilmişdir.

Qonaqlar bu cür səfərlərin Azərbaycan ilə Rusiya arasında gənclər sahəsində əməkdaşlığı daha da möhkəmləndirdiyini bildirmişlər. Naxçıvan reallıqları, muxtar respublikamızda aparılan quruculuq işləri və tarixi yerlərlə də tanış olan gənclər muxtar respublikamızdan xoş təəssüratlarla ayrılmışlar.

ÇİMƏRLİKDƏ TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNƏ VƏ DAVRANIŞ QAYDALARINA ƏMƏL EDƏK

İsti yay günlərində hər birimizin arzusu çayların, göllərin sahillərində istirahət etmək, suda sərinləmək və Günəş şüalarını qəbul etməkdir. Təbii ki, çimərliklər bu baxımdan ideal istirahət məkanı hesab edilir.

...Naxçıvan Muxtar Respublikasında çimərlik mövsümün başlanması ilə əlaqədar insanların sularda təhlükəsizliyinin təmin edilməsi üçün Fövqəladə Hallar Nazirliyi vətəndaşlarımızdan təhlükəsizlik tədbirlərinə və davranış qaydalarına əməl etməyi xahiş edir:
- çimərlikdə qadağan olunmuş yerlərdə çimməyin
- küləkli havada suya girməyin
- sərxoş vəziyyətdə suya girmək və çimmək qəti qadağandır
- çimərlikdə uşaqları nəzarətsiz qoymayın, onlar yalnız valideynlərinin nəzarəti ilə çimə bilərlər
- çimmə zonasında balıq ovlamaq olmaz
- çimərlikləri məişət və digər tullantılarla çirkləndirməyin.
XS
SM
MD
LG