Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:37

Allahın evində maşın təmiri, alver dükanları…


Russia -- Christ the Savior Cathedral in Moscow, 22Nov2011
Russia -- Christ the Savior Cathedral in Moscow, 22Nov2011
Rusiya İstehlakçıların Hüquqlarını Müdafiə Cəmiyyəti Moskvanın ən iri kilsələrindən Xilaskar İsa kilsəsinin rəhbərliyindən polisə şikayət edib.

Cəmiyyətin rəhbəri Mikhail Anshakov deyir ki, Kilsəyə aid binalarda dini ibadətlə heç bir əlaqəsi olmayan məqsədlər üçün istifadə olunur və pul toplanır.

Anshakovun hazırladığı şikayət ərizəsinə görə, Xilaskar İsa Kilsəsinin tabeliyindəki ərazinin ancaq 7 faizi bilavasitə kilsə kimi fəaliyyət göstərir. Kilsəyə aid digər binalardan isə ticarət məqsədi üçün istifadə olunur. Burada maşın təmirxanası, yeməkxana, kimyəvi təmizləmə, qızıl və mirvari dükanlarına qədər hər şey var.

Üstəlik bütün bu əlavə xidmətlərə görə heç bir kassa çekləri verilmir, satılan malların üzərində qiymətləri olmur və Anshakov deyir ki, bütün bunlar qanun pozuntusudur, həm də istehlakçıların hüquqlarını pozur.

Ancaq bu şikayətindən sonra Anshakovun özünü Pravoslav kiləsi böhtan atdığı iddiası ilə şikayət edib. Və onu polisə çağırıb, dindiriblər.

Moskva Patriarxatı və Xilaskar İsa Kilsəsinin rəhbərliyi isə iddia edir ki, Kİlsənin ətrafındakı ticarətdən onlara heç nə düşmür və bu üzdən burada qanunsuz heç nə yoxdur.

İyul ayından başlanan məhkəmə proseslərindən birində Moskva məhkəməsi isə qərar verib ki, Kİlsədə baş verən bütün əməliyyatların hamısı alver xarakterli olmayıb və sadəcə məqbul qiymətdə hədiyyə verilməsindən başqa bir şey deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG