Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:17

Dəməşqdə şiə məqbərəsi partladılıb


Dəməşqin ətrafındakı şiə məqbərəsində törədilmiş partlayışda azı 8 nəfər ölüb, 15 nəfərsə yaralanıb.

Bu barədə dövlət televiziyası və müxalifət fəallarını xəbər verir.

Həmçinin Hələb, Homs və ölkənin digər şəhərlərində üsyançılarla hökumət qüvələri arasında döyüşlər gedir.

Rusiya və Fransanın xarici işlər nazirləri bu gün Suriyadakı vəziyyəti müzakirə ediblər.

Rusiyanın xarici işlər naziri Sergey lavrovun sözlərinə görə tərəflər hesab edir ki, Suriya münaqişəsinə xaricdən müdaxilə vəziyyəti daha da pisləşdirə bilər.
XS
SM
MD
LG