Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:16

Bakıda Bülbülə tunc abidə qoyuldu


Prezident Bülbülün ailə üzvləri ilə

Prezident Bülbülün ailə üzvləri ilə

-

Bakıda görkəmli opera müğənnisi, SSRİ Xalq Artisti Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışı olub.

Açılışda prezident İlham Əliyev də iştirak edib.

Bülbül prospektindəki abidənin müəllifi əməkdar incəsənət xadimi Akif Əsgərovdur.

Tuncdan hazırlanmış abidənin postamentlə birlikdə hündürlüyü 4,6 metrdir.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Xalq Artisti Arif Babayev, Rusiyanın Xalq Artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus, fransız sənətkar, müsabiqənin bədii rəhbəri Robert Koerner, görkəmli müğənninin oğlu Polad Bülbüloğlu Azərbaycan musiqi sənətinin inkişafında Bülbülün əvəzsiz xidmətlərindən danışdılar.

Polad Bülbüloğlu atasının xatirəsinin əbədiləşdirilməsinə görə prezidentə təşəkkür etdi.

İlham Əliyev Bülbülün ailə üzvləri və qonaqlarla xatirə şəkli çəkdirdi.

AzərTAc

Günün bütün mövzuları

XS
SM
MD
LG