Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:29
-

Xəzərin Azərbaycan sektorunda həyata keçirilən «Khazar Islands» layihəsi (dənizdə şəhər) çərçivəsində tikintisi nəzərdə tutulan dünyanın ən hündür binası – «Azərbaycan Qülləsi»nin («Azerbaijan Tower») inşası 2 mlrd. ABŞ dollarına başa gələcək.

Bu barədə «APA-ECONOMICS»ə «Khazar Islands» layihəsini həyata keçirən «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmli bildirib.

Mərtəbələrinin sayı 186, hündürlüyü 1 050 metr olacaq «Azerbaijan Tower» ötən il Dubayda (BƏƏ) istifadəyə verilən və dünyanın ən hündür binası sayılan «Bürc Xəlifə»dən təqribən 200 metr, Ciddədə (Səudiyyə Ərəbistanı) tikilməsi nəzərdə tutulan «Kingdom Tower» qülləsindən isə 50 metr hündür olacaq.

İ.Nehrəmli hazırda «Azərbaycan Qülləsi»nin tikintisi ilə bağlı layihənin üzərində iş getdiyini bildirib: «Bu layihə üzərində biz və bir neçə digər təşkilatlar bir neçə il işləməliyik. Bina xarici şirkətlər tərəfindən layihələndiriləcək və tikinti işləri də onların nəzarəti altında aparılacaq. Hazırda bununla bağlı Hollandiya, ABŞ, Türkiyə və Dubay şirkətləri ilə ilkin görüşlər keçirilir».

Ümumilikdə, «Azərbaycan Qülləsi» kompleksi müxtəlif hündürlükdə olan 7 binadan ibarət olacaq. Bu binalar 85-150 mərtəbəli, əsas bina isə 186 mərtəbəli olacaq. Ümumi sahəsi 1 mln. kv. metr olan qüllədə yaşayış mənzilləri, apartamentlər, hotel, restoran, ticarət və biznes mərkəzləri nəzərdə tutulub. Qüllənin tikintisinə 2016-2017-ci ildə başlanması nəzərdə tutulur. Hazırkı qiymətləri nəzərə alanda binanın tikintisi 2 mlrd. dollara başa gələcək: «Real xərclər bu məbləğdən 10%-dən artıq fərqlənməyəcək».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG