Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:10

Ağstafada çörəyin işlənmiş motor yağı ilə bişirilməsi faktı aşkarlanıb (yerli mətbuatın yazdıqları)


Gəncəbasar qəzeti
Gəncəbasar qəzeti
-
AzadlıqRadiosunun saytında hər gün oxucuları paytaxtda dərc olunan qəzetlərin qısa icmalı ilə tanış edirik. Ancaq Azərbaycanın əyalətlərində də qəzetlər çıxır və onların çoxundan başqa yerlərdə yaşayanların xəbəri olmur.
Bundan sonra vaxtaşırı onlara da yer verməklə əyalətlərdə baş verənlərə daha çox yer ayırmağa çalışacağıq. Seçilən yazılarda xırda ixtisarlar istisna olunmaqla heç bir dəyişikliyə yol verilmir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin əməkdaşları bu dəfə Ağstafa rayonunda fəaliyyət göstərən bir neçə istehsal müəssisəsində yoxlamalar aparıb. Aparılan maarifləndirici reydlərə və tətbiq olunan cərimələrə baxmayaraq, şəxsi mənfəətini istehlakçının sağlamlığından üstün tutan sahibkarlıq subyektlərinə hələ də rast gəlmək mümkün olur. Ağstafada bir neçə adda spirtsiz içki istehsalı ilə məşğul olan sexdə aparılan yoxlamalar zamanı standartın heç bir tələb və normalarına cavab verməyən limonadların tərkibinə vurulan kimyəvi maddələrin nə mənşəyi bilinib, nə də istifadəsi haqqında təlimat tapılıb. Bundan başqa müəssisədə heç bir aidiyyatı dövlət qurumunun nəzarəti olmadan məhsulun antisanitariya şəraitində hazırlanaraq satışının həyata keçirildiyi də aşkarlanıb.

SMPDK-nın 2 saylı Texniki Təmizlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin baş məsləhətçisi Rövşən Abbasov deyir ki, limonadların etiketində 3 VÖİN-dən istifadə olunur və başqasının əmtəə nişanı yapışdırılıb.

Bundan başqa çörək istehsalı müəssisəsinə baxış keçirən zaman dünya təcrübəsində rast gəlinməyən fakt aşkarlanıb. Belə ki, sexdə çörəyin bişirilməsi üçün lazım olan istiliyin işlənmiş motor yağlarının kustar üsulla hazırlanmış avadanlıqlarda yandırılmasından əldə edildiyi məlum olub. Bunu «müəssisə»nin həyətində olan müxtəlif adda motor yağlarının qabları da sübut edib.

Bildirək ki, istehsal sahəsində ciddi nöqsanlara yol verərək, istehlakçının sağlamlığına qənim kəsilən sahibkarlıq subyektləri inzibati qaydada cərimələnib.

Ümumiyyətlə, Ağstafada yararsız olan bütün sexlərin fəaliyyətinə qadağa qoyulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG