Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:13

20 oktyabr aksiyasına görə tutulmuş son 3 nəfər azadlığa çıxdı


Oktyabrın 20-də icazə verilməmiş aksiyaya çıxdığına görə tutulan son 3 nəfər də azadlığa çıxıb. «Musavat.com» xəbər verir ki, aksiyaya görə 10 sutka inzibati həbs alan Əhəd Məmmədli (Müsavat), Vaqif XalıqovDəyanət Babayev (hər ikisi AXCP) paytaxt polisinin Binəqədi rayonundakı saxlama məntəqəsindən oktyabrın 30-u axşam saatlarında buraxılıblar.

Müxalif fəalların 20 oktyabr aksiyasında başlıca tələb parlamentin buraxılması, yeni parlament seçkisinin keçirilməsi olub. Həmin gün Müsavat Partiyasının mərkəzi qərargahı qarşısında etiraz yürüşü keçirilib, sonra aksiyaçılar paytaxtın Fəvvarələr meydanında və ona yaxın ərazilərdə etiraz şüarları səsləndiriblər.

Bakı Şəhər İcra Hakimiyyətinin razılıq vermədiyi aksiyada polis əməkdaşları və mülki geyimli şəxslər iştirakçılara güc tətbiq edib, xeyli adam tutulub. 13 aksiyaçıya 7-10 sutka inzibati həbs verilib, 28 nəfər cərimələnib, 50-dən çox aksiyaçı isə xəbərdarlıq alaraq buraxılıb.
XS
SM
MD
LG